“Qəbələ”nin baş məşqçisi: Məni maraqlandıran əsas məsələ mükafat deyil
11.03.2013 - 14:11
“Yeni liqanın yaradılması haqqında qərarı ötən həftə almışıq. Şəxsən mən bu təşəbbüsü çox bəyənirəm. Bir mütəxəssis kimi deyə bilərəm ki, U-19 Liqasının və müvafiq yaş qrupu üzrə komandaların yarışının təşkili gənc futbolçuların inkişafına təkan verəcək”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin əvəzedici komandasının baş məşqçisi Luis Araqon deyib.
Ölkəmizdə yeni U-19 liqası yaradılıb. Burda “Qəbələ” ilə yanaşı “Neftçi”, “İnter”, “Qarabağ”, “Bakı”, “Sumqayıt” və AZAL-ın təmsilçiləri də yarışacaq. Martın 13-də start götürəcək yarış mayda yekunlaşacaq. İlk mərhələdə 7 komanda bir dövrəli sistemlə mübarizə aparacaq. Oyunlar Bakıda, AFFA tərəfindən təyin olunmuş stadionlarda (Binə stadionu və “Dalğa Arena”da) keçiriləcək. I dövrənin nəticələrinə əsasən, ilk dörd yerin sahibi 1/2 final mərhələsinə vəsiqə qazanacaq. Bu mərhələdə oyunlar ev-səfər sistemi ilə keçiriləcək. U-19 Liqasının püşkü də atılıb. Püşkatmaya görə, “Qəbələ” ilk turda “Rəvan”la qarşılaşacaq. Matç martın 13-də Binə stadionunda baş tutacaq.
Yeni formalaşdırılan “Qəbələ” U-19-un hazırlığı “Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının məşqçilər korpusuna tapşırılıb. Komandanı çempionat oyunlarına ispaniyalı baş məşqçi Luis Araqon çıxaracaq. O bunun “Qəbələ” üçün çox faydalı olacağını söyləyib: “Öz təcrübəmdən bilirəm ki, akademiyanı bitirən 17 yaşlı gənclər klubların əsas və əvəzedicilərdən ibarət komandalarına düşməkdə çətinlik çəkir. Onlar peşəkar kollektivlərdə 20-21 yaşlılarla rəqabətə davam gətirə bilmir. Onların hazırlıq səviyyəsi peşəkar liqalarda oynamağa imkan vermir. Amma bundan sonra bu sahədə problem olmayacaq”.
Kataloniyalı çalışdırıcı “Qəbələ” U-19-unun oyunlarını Bakıda keçirməsinə belə reaksiya verib: “Komandanın heyəti akademiyanın 17 yaşlı futbolçularından və əvəzedicilərdə çıxış edən gənclərdən təşkil olunub. Yeni komanda hələlik həftədə bir dəfə olmaqla məşqə çıxır. Bu kollektivin yaradılmasının bir üstünlüyü də ondadır ki, burda həm akademiyanın, həm də əvəzedicilərin üzvləri oynamaq imkanı əldə edir. Çempionata gəlincə, məni maraqlandıran əsas məsələ mükafat deyil, futbolçularımızın daha çox oynamasıdır. Çempionat oyunlarının Bakıda keçirilməsinə gəlincə, bir qədər çox məsafə qət etməli olacağıq. Amma futbolçularımın təcrübə toplaması naminə, eybi yoxdur, bu əziyyətə qatlaşmağa hazıram”.
Qeyd edək ki, U-19 Liqası UEFA-nın tövsiyyəsinə əsasən yaradılıb. Ali futbol qurumundan AFFA-ya gələn bu təklif cari mövsüm üçün tövsiyə xarakteri daşıyır. Lakin təklif növbəti mövsümdən klub və milli federasiyalar qarşısında məcburi tələb kimi qoyulacaq. Məqsəd peşəkar komandaların heyətinə düşmək istəyən gənc futbolçulara dəstək olmaq, U-19 milli komandasının hazırlığını daha da gücləndirməkdir.

0
0