“Azərbaycanlı futbolçuların Türkiyədə oynamalarına çalışacağıq“
11.03.2013 - 14:22
“Bir müddətdir ki Azərbaycanda yox idik. Ancaq baş verənləri izləyirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının sabiq futbolçusu Səlçuk Yula deyib. Bu gün Peşəkar Futbol Liqası və “Topaz”ın birgə keçirdiyi tədbirə qatılan türkiyəli mütəxəssis sponsorların futbola sərmayə qoymasının inkişafda mühim rol oynadığını bildirib.
Yula ölkəmizdə idman sahəsinin durmadan inkişaf etdiyini söyləyib: “Azərbaycanda idman sahəsi durmadan inkişaf edir. Bu işdə sponsorların rolu danılmazdır. Türkiyədə də belədir. Onlar idmana sərmayə qoyduqları zaman yeni bazaların, təsislərin qurulduğunun şahidi olur, uşaq futbolunun inkişaf etdiyini görürük. Həmin proseslər bu gün Azərbaycanda davam edir”.
Veteran futbolçu yığmamız haqda da danışıb. O, artıq millimizin Avropada da sözünü deyə biləcək gücdə olduğunu deyib: “Azərbaycan yığması artıq Avropada bir isim olub. Portuqaliya ilə səfərdə keçirdiyi oyunu izlədim. Rəqibi çox çətinə saldılar”.
“Neftçi”nin çıxışına da biganə yanaşmadıqlarını, paytaxt təmsilçisinin Avropa Liqasındakı oyunlarını izlədiklərini deyən Yula futbolçularımızın Türkiyə klublarında oynamalarına yardım edəcəklərini də gizlətməyib: “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki oyunlarını izlədik. Üstəlik, bizim kimi veteran futbolçuların tez-tez bura gəlib getmələri vacibdir. Biz də çalışacağıq ki, Azərbaycanlı futbolçular Türkiyə klublarında forma geyinsinlər. Bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

0
0