“İsraildə darıxdığımız üçün bəyənilməməyimizə dua edirdik”
11.03.2013 - 14:45
“Terek”də oynamaq mənim üçün əlçatmaz görünürdü. Çeçenistan klubuna getməyi təklif edəndə bunu zarafat kimi qəbul etdim. Bir mövsüm burada uğurla çıxış etdim. Növbəti mövsümün birinci dövrəsindən sonra Qroznıda siyasi vəziyyət pisləşdi. Ona görə də buranı tərk etməyə məcbur oldum”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Futbolçu karyerası ərzində “Avtomobilçi” (Mingəçevir), “Gənclik” (Bakı), “Kəpəz”, “Fərid” və “Dinamo”da çıxış edən Diniyev ölkə xaricində də top qovub. Moldovanın “Nistru”, Rusiyanın “Fakel”, “Terek” klublarında legioner həyatı yaşayan veteran futboçu İsrailin “Hapoel” (Tayibe) və “Beytar” (Təl-Əviv) komandalarında da oynayıb.
Diniyev “Toplu Bakı” jurnalına verdiyi müsahibəsində İsrailə necə getdiyinə aydınlıq gətirib: “Azərbaycana qayıtmaq istəmirdim. Bu ərəfədə Qroznıda yaşadığım evə iki hündürboy qara kostyumlu kişi gəldi. Onlar mənim İsraildə oynamaq istəyimi soruşdu. Bu insanlar menecer idi. Əvvəl razılaşmadım. 1 həftə vaxt istədim. Peterburqda oyunumuz vardı. Həmin oyundan sonra baş məşqçi, indi isə Çeçenistanın İdman Naziri Xaydan Alxanovla danışdım. O da getməyimə etiraz etmədi. Beləliklə, İsrailə getməyə razılaşdım. Mənimlə birgə Vidadi Rzayev də Tel-Əvivə uçdu. Onu da aparırdılar. Bir həftə ərzində menecerlər bizi bir neçə kluba göstərdi. Darıxdığımız üçün bəyənilməməyimizə dua edirdik. Evə uçmağımıza bir gün qalmış menecerlər mənim üçün real təklif olduğunu açıqladılar. Çox çək–çevirdən sonra “Hapoel” ilə müqavilə bağladım”.
Milli komandamızın sabiq çalışdırıcısı 19 ildən sonra müqavilənin maliyyə tərəflərini açıqlayıb: “1990-cı illərdə futbolda böyük pullar yox idi. Biz “Terek”də dollarla desək, aya 300 dollar qazanırdıq. İsrailə gələndə menecer müqavilə üçün mənə aylıq 2500 dollar maaş, avtomobil və ev təklif etdi, lakin mən “yox” dedim. Ona görə yox ki, bu pul az idi. Bayaq dediyim kimi, doğmalarım üçün darıxırdım. Burda dözə bilməyəcəyimdən narahat idim. Lakin menecer gedib bir saatdan sonra bir də qayıtdı. Maaşımı 3000 dollara qaldırdı. Sonra 3500, üstəgəl 1000 dollar yemək pulu. Sonra o mənə razılaşmayacağım təqdirdə onun xeyli ziyana düşəcəyini bildirdi. Çünki Qafqazdan bizim gəlişimizə bütün pullarını sərf edibmiş. İnsanlıq naminə onu başa düşdüm və razılaşdıq. Çıxış etdiyim komanda İsrail çempionatının I dəstəsində mübarizə aparırdı, həm də ərəb komandası idi. Həmin il mən çempionatın ən yaxşı “11-liy”inə seçildim”.
47 yaşlı mütəxəssis “Beytar”dakı karyerası haqda isə bunu deyib: “1994-cü ilin sonunda “Beytar”a keçdim. Bu klubda vaxtilə Moskva “Torpedo”sunda oynamış Şoqolovla birgə çıxış edirdik. Həm də eyni otaqda qalırdıq. Bu dəfə menecerliyi mənə vaxtilə Leninqradda oxumuş rus dilli bir professor etdi. O mənə həm tərcüməçilik etdi, həm də dili öyrətdi. İki il ərzində əksər oyunlarda meydana çıxdım. 1996-cı ildə böyük şanssızlıq yaşadım. Belimdən möhkəm zədələndim. Vətənə geri dönməyin vaxtı çatdı...”

0
0