Berti Foqts: Azərbaycan turistlər üçün kəşf ediləsi yerdir
11.03.2013 - 14:54
"Digər sahələrdə olduğu kimi, turizm sferasında da Azərbaycan inkişaf etməkdədir. Ölkənin böyük turizm potensialı var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyanın paytaxtı Berlində təşkil olunmuş İTB Beynlxalq Turizm sərgisində iştirak edən mütəxəssis tədbirlə bağlı fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: “Relyefinə və təbiətinə görə çox cəlbedicidir. Azərbaycan turistlər üçün təbiəti və qədim abidələri ilə kəşf ediləsi yerdir. “İTB Berlin 2013” turizm sərgisində iştirak etməsi bu ölkəyə olan marağı daha da artıracaq. Bu, bir daha onu göstərir ki, Azərbaycanın bu sahədə tutduğu strategiya doğru və məqsədyönlüdür".

0
0