“Neftçi” “Qarabağ”ı arxada qoydu
11.03.2013 - 15:23
Bu gün AFFA-nın inzibati binasında PFL və “Topaz”ın birgə keçirdiyi tədbirdə fevral ayının ən yaxşı futbolçusu kimi mükafatlanan Nikolas Kanales “Neftçi”ni zirvəyə daşıyıb. Apasport.az saytının məlumatına görə, çilili legioner çıxış etdiyi klubun üzvlərinin bu sorğuda 7-ci qələbəsinin memarı olub.
2009-ci ilin payızında əsası qoyulan “Ayın futbolçusu” mükafatını Kanalesə qədər 6 dəfə “ağ-qaralar”ın üzvləri qazanmışdı. Braziliyalı Flavinyo rekord sayda – 3 dəfə (2010-cu ilin oktyabr, 2011-ci ilin mart və noyabr aylarında) bunu bacarmışdı. Bundan başqa 2010-cu ilin martında Araz Abdullayev, avqustunda Bahodir Nasimov, 2011-ci ilin sentyabrında isə Rəşad Abdullayev bu ada layiq görülmüşdü.
Bu dəfəki sorğuya qədər 25 dəfə sahibini tapan “Ayın futbolçusu” daha çox “Neftçi” və “Qarabağ”ın oyunçularına qismət olmuşdu – hərəyə 6 dəfə. Komandasını 7-ci mükafata daşımaqla Kanales Ağdam təmsilçisini arxada qoymağa kömək edib. 3-cü pillədə isə hərəyə 3 uğuru olan “Bakı” və “Xəzər Lənkəran” qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə 10 klubun futbolçuları bu mükafata lyiq görülüb.

1 | Neftçi | 7 |
2 | Qarabağ | 6 |
3-4 | Bakı | 3 |
Xəzər Lənkəran | 3 | |
5 | Kəpəz | 2 |
6-10 | AZAL | 1 |
1 | İnter | 1 |
1 | Karvan | 1 |
1 | Qəbələ | 1 |
1 | Simurq | 1 |
0
0