Raab fasilədə futbolçulara nə deyib?
11.03.2013 - 18:34
Raab fasilədə futbolçulara nə deyib?
“Final mərhələsinə qələbə ilə başlamaq istəyirdik. Ötən turun “Xəzər Lənkəran”la matçında da yaxşı oynamışdıq. Lakin həmin səfər qarşılaşmasında qələbə qazana bilməmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab deyib.

Almaniyalı mütəxəssis Topaz Premyer Liqasının XXIII turunun “Turan”la oyunu haqda fikirlərini açıqlayıb.

Raab komandasının 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada yetirmələrindən razı qalıb: “Bu dəfə isə bizə lazım olan qələbəni əldə etdik. Yetirmələrim ilk 45 dəqiqədə aşkar üstünlüyə malik olub, 4 qol vurdular. Fasilədə onlara tapşırdım ki, ilk yarıda olduğu kimi oynasınlar. Lakin fasilədən sonra hesabı artıra bilmədik. Komandanın 2-ci hissədəki oyununda yeganə çatışmazlıq ilk yarıdakı istəyin olmaması idi. Buna baxmayaraq, 2-3 qol imkanımız oldu. Əsas məqsədimiz qələbə idi ki, buna da nail olduğumuz üçün komandadan razı qaldım”.