Qeyri-peşəkarlar, səhlənkarlar...
11.03.2013 - 18:39
Bu gün AZAL rəhbərliyinin iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, vitse-prezident Fikrət Hüseynovun rəhbərliyi ilə keçirilən iclasın əsas məqsədi XX milli çempionatın təsnifat mərhələsində komandanın çıxışına, məşqçi və futbolçu heyətinin fəaliyyətinə qiymət verilməsi və ikinci “altılıq” oyunları ərəfəsində klubun problemlərinin müzakirəsi olub.
Hüseynov mövsümün əvvəlində komandanın qarşısına ciddi hədəflərin qoyulduğunu bildirərək, bu vəzifələrin yerinə yetirilmədiyini vurğulayıb: “Mövsümün əvvəlində qarşımıza öncə ilk “altılığ”a düşmək, daha sonra mükafatlar uğrunda mübarizə aparmaq məqsədi qoyulmuşdu. Klub rəhbərliyi bütün planlarını buna uyğun hazırlamış, komandanın fəaliyyətinin yaxşı təşkil olunması üçün imkanlar səfərbər olunmuşdu. Təlim-məşq toplanışları, futbolçu transferləri, gündəlik məşqlər, futbolçuların məişət problemlərinin həlli ilə bağlı da heç bir çətinlik olmadı. Mövsümə uğurlu start verdik, ilk 6 oyundan sonra AZAL turnir cədvəlinə başçılıq edirdi. Amma təəssüf ki, biz bunu nəinki qoruya bildik, hətta bəzi oyunlarda qazanılan arzuolunmaz nəticələrlə rəhbərliyin və məşqçilərin əziyyəti hədər getdi. Nəticədə bu gün özümüzə layiq olmayan yerdəyik və ikinci “altılıq”da mübarizə aparacağıq. Deməli, siz qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədiniz. Burada isə hər bir futbolçunun günahı var və bunlardan nəticə çıxarmalısınız”.
Ardından baş məşqçisi Vaqif Sadıqov hesabat xarakterli məruzəsində indiyədək görülən işlərə toxunub: “AZAL-da işləmək, yüksək nəticələr qazanmaq üçün hər cür şərait var. Klub rəhbərliyi baş məşqçi kimi mənim bütün tələblərimi yerinə yetirib. Bizim həm də yaxşı kollektivimiz var və hamımız eyni məqsəd uğrunda birləşmişdik. Mən bir neçə dəfə demişəm, öz komandamla fəxr edirəm. Bununla belə, bu duruma görə günahı özümüzdə axtarmalıyıq. Bəzi futbolçuların işə qeyri-peşəkar yanaşması, bəzilərinin səhlənkarlığı ümumi nəticəyə və kollektivin əhval-ruhiyyəsinə təsir etdi. Ona görə də bundan sonra əsas tələb sizin qarşınıza qoyulacaq. Hər bir futbolçunun taleyi qarşıdakı oyunlarda çıxışından asılı olacaq”.
Hüseynov daha sonra “altılıq” oyunları ilə bağlı fikirlərini söyləyib: “Artıq yeni mərhələ başlayır. Biz bütün uğursuzluqları unudub qarşıdakı oyunlarda hər şeyin təsadüf olduğunu sübut etməliyik. Faciəvi heç nə baş verməyib. Rəhbərlik yenə də sizlərə etimad göstərir və bütün problemləri aradan qaldırmağa hazırdır. Mövsümün sonunda biz bir daha işimizə qiymət verib nəticə çıxaracağıq. İstəyirik ki, hər bir futbolçu həm komandanın, həm də öz nüfuzunu qorusun. Sizin buna gücünüz çatar. Bu oyunlarda komandamıza ancaq qələbə arzulayırıq”.

0
0