“Turan”ı sındıran, dağıdan qollar
11.03.2013 - 18:44
“Sumqayıt”ın oyuna yüksək templə başlayacağını bilirdik. Futbolçuları xəbərdar etmişdim ki, matçın əvvəlində diqqətli olsunlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib.
O, Topaz Premyer Liqasının XXIII turunun “Sumqayıt”la səfər oyunundan sonra keçirilən mətbuat konfransında qarşılaşma haqda fikirlərini bildirib. Talıbov 0:4 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: “İlk 10 dəqiqədə 2 qol buraxdıq. Bu toplar komandanı “sındırdı”, oyun sistemini dağıtdı. Bunun nəticəsində fasiləyədək daha 2 qol buraxdıq. Fasilədə oyunçularıma öz iradlarımı bildirdim. Onları səhvlərə görə tənqid etdim. Onlar bir az özünə gəlib, 0:4 hesablı məğlubiyyətin daha acınacaqlı olmasına imkan vermədilər. Lakin ilk hissədə buraxılan 4 qolun psixoloji gərginliyini onlardan çıxara bilmədim ki, fərqi azaltsınlar”.

0
0