“AZAL-ın yaxşı məşqçiləri, futbolçuları var”
11.03.2013 - 18:48
Topaz Premyer Liqasının təsnifat mərhələsinin nəticələrinə əsasən ilk “altılıq”dan kənarda qalan AZAL-da klubdaxili iclas keçirilib. Apasport.az saytının məlumatına görə, komandanın təcrübəli futbolçuları komanda yoldaşlarının adından çıxış edərək, arxada qalan 22 turla bağlı fikirlərini bildiriblər.
Kapitan Cahangir Həsənzadə, legionerlərdən Viktor İgbekoyi, Zohair Benouahi çıxışlarında klub rəhbərliyi və azarkeşlərdən üzr istəməyi lazım biliblər.
AZAL-da 4-cü mövsümü keçirən İgbekoyi komandadakı problemlərdən xəbərdar olduğunu gizlətməyib: “Biz bu duruma görə rəhbərlikdən azarkeşlərdən üzr istəyirik. Sizdən xahiş edirik ki, bütün bunlara rəğmən yenə də bizə inanasınız. AZAL-ın yaxşı məşqçiləri, futbolçuları var. Problemlərimizi bilirik və qarşıdakı oyunlarda hər şeyi unutduracağıq.”
Kapitan isə komandanını qarşıya qoyulan məqsədləri yerinə yetirmədiyini etiraf edib. Həsənzadə indiki vəziyyətin AZAL-ın əsl gücünü göstərmədiyini söyləyib.
Mərakeşli Benouahi isə problemin əsas səbəbini açıqlayıb: “Uğursuzluğun səbəbini məşqlərdə, keçirilən oyunlarda axtarmamalıyıq. Hamı necə hazırlaşdığımızı, məşq etdiyimizi bilir. Məşqlərin necə peşəkarcasına keçirildiyini də görürük. İşimiz bəlkə də hamıya nümunədir. Amma nəticə başqadır. Fikrimcə, əsas səbəb meydançadan kənar davranışımızdı. Görünür, özümüzə qarşı tələbkar deyilik. Bu nöqsanı aradan qaldırmalıyıq”.
Qeyd edək ki, Premyer Liqanın təsnifat mərhələsini 7-ci yerdə başa vuran AZAL Azərbaycan kubokunun 1/8 finalında mübarizəni dayandırıb.

0
0