Millimizin hücumçusu Bakıya darmadağın görüb gəlir
12.03.2013 - 13:14
Milli komandamızın hücumçusu Rüfət Dadaşov Almaniya Regionalliqasının son turunda darmadağın görüb. Apasport.az saytının məlumatına görə, onun çıxış etdiyi “Kayzerslautern”in 23 yaşadək komandası səfərdə “Koblents”ə böyük hesabla məğlub olub.
Gənc “qırmızı iblislər” rəqibin hücumçusu Jerom Assauerin het-trik etməsinə mane ola bilməyib. Rüfət isə meydana fasilədən sonra makedoniyalı Enis Saitinin yerinə daxil olub.
Qeyd edək ki, o bundan öncə “Kayzerslautern”in “Valdhof”a qalib gəldiyi (1:0) görüşdə Yan-Lukas Dorovu 87-ci dəqiqədə əvəzləmişdi. Rüfət artıq sabah millimizin hazırlıqlarına qatılacaq. Bu üzdən gənc forvard komandasının növbəti 3 oyununda meydanda olmayacaq.

0
0