AFFA klub prezidentini cəzalandırdı
12.03.2013 - 13:37
AFFA klub prezidentini cəzalandırdı
AFFA I divizionda çıxış edən “Neftçala” klubunu cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Nizam-İntizam Komitəsinin bugünkü iclasında baxılan məsələlərdən biri neftçalalıların XVI turda “Ağsu” ilə oyunda etdiyi hərəkətlərlə bağlı olub. Nəticədə klub məbləğdə 1600 manatlıq cərimə ödəməli olacaq.

Belə ki, “Neftçala”nın 4 futbolçusu sarı vərəqə aldıqlarına görə klubu 100 manat ziyana salıb. Matçın 90+3-cü dəqiqəsində qonaqların oyunçusu Musa Rəhimova aqressiv hərəkətinə görə birbaşa qırmızı vərəqə aldığına görə 4 oyunluq cəza və 400 manatlıq cərimə kəsilib. “Neftçala”nın futbolçusu Hafiz Əliyev isə həmin cəzanı oyun başa çatdıqdan sonra etdiyi qeyri-etik hərəkətə görə alıb.

Oyun bitəndən sona klubun prezidenti Famil Səfiyevlə məşqçisi Ceyhun Hüseynov da “fərqlənib”. Belə ki, Hüseynov hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalandırılıb, O, buna görə klubu 500, Səfiyev isə icazəsiz hakimlər otağına daxil olduğun görə 200 manatlıq cəriməyə məruz qoyub.