Azərbaycanlı futbolçu Andorra yığmasına qarşı
12.03.2013 - 13:50
Azərbaycanlı futbolçu Andorra yığmasına qarşı
Azərbaycanlı futbolçu Emin Mahmudov Rusiya yığmasının rəsmi oyununa çağırılıb. Apasport.az saytının məlumatına görə, “Krılya Sovetov”un yarımmüdafiəçisi 21 yaşlılardan ibarət yığmanın 2015-ci il Avropa çempionatının seçmə mərhələsində Andorra yığması ilə start matçına dəvət olunub. Matç martın 26-da keçiriləcək.

Qeyd edək ki, Emin AFFA-dan millimizdə oynamaqla bağlı rəsmi dəvət alsa da, hələ ki Rusiya yığmasında çıxışını davam etdirir.