Bakıda UNESCO-nun idmanla bağlı fövqəladə iclası keçiriləcək
12.03.2013 - 14:35
Sabah Bakıda UNESCO-nun Bədən tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) fövqəladə iclası başlanacaq. Apasporty.az saytının məlumatına görə, qurumun 18-19 aprel 2012-ci il tarixdə İsveçrənin Lozanna şəhərində iclasında UNESCO ilə qarşılıqlı razılıq əsasında Komitənin Fövqəladə İclasının və Daimi Məşvərətçi Şuranın İclasının bu ilin 13-15 mart tarixlərində paytaxtımızda keçirilməsi qərara alınıb.
Fövqəladə iclasın müzakirə olunacaq əsas üç mövzusu aşağıdakılardır:
1. Oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini qoruyub saxlamaq istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi.
2. Hər kəsin idmanla məşğul olmaq kimi fundamental hüququnun dəstəklənməsi.
3. Bədən tərbiyəsi və idman sahəsinə dövlətlərin investisiyasının təşviq edilməsi.
“Oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini və
bütövlüyünü qoruyub saxlamaq”, yəni matçların nəticələrinin əvvəlcədən
razılaşdırılması problemi, nazirlər və yüksək vəzifəli şəxslər,
ekspertlər tərəfindən Ümumdünya Bədən tərbiyəsi və İdmana məsul
nazirlərin və rəsmilərin 5-ci Konfransı zamanı müzakirə ediləcək əsas
mövzulardan biri olacaqdır. Nazirlər idmanın təmizliyini və
bütövlüyünü qoruyub gücləndirmək məqsədilə tətbiq oluna biləcək
qabaqcıl təcrübələri müzakirə edəcəklər. Sözü gedən məsələlər
Nazirlərin Yekun Bəyannaməsində öz əksini tapacaq.
Üç gün davam edəcək bu iclasın mayda Berlində Ümumdünya Bədən tərbiyəsi və İdmana məsul nazirlərin və rəsmilərin 5-ci Konfransına hazırlıq baxımından böyük əhəmiyyəti var.
Qeyd edək ki, iclas 13-14 martda saat 10:00-dan 17:00-a, sonuncu gün isə 10:00-dan saat 13:00-a kimi olacaq. Sabah saat 10.00-da “Park Inn” mehmanxanasında tədbirin açılılış mərasimi olacaq.

0
0