Berti Foqts paytaxt derbisində
12.03.2013 - 14:40
Berti Foqts paytaxt derbisində
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının oyununu izləyəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis XXIII turun bu gün keçiriləcək "Bakı" - "Neftçi" oyununun tamaşaçıları arasında olacaq.

Foqts "Bakı" FK-nın Təlim-Məşq Bazasında keçiriləcək paytaxt derbisində yığma üzvlərinin durumuna baxacaq, namizədlərə diqqət yetirəcək. Millinin qapıçılar üzrə məşqçiləri Uli Ştayn və Etibar Tarıverdiyev isə Bayıl stadionunda "Rəvan" - "Xəzər Lənkəran" qarşılaşmasını izləyəcək.

Mənbə: affa.az