Qurban Qurbanov: Nə vaxtsa dayanmalı idik
12.03.2013 - 19:22
“Maraqlı oyun oldu. Hesab edirəm ki, “Simurq” bugünkü matçda 8 nəfərlə qalsaydı belə, ona qol vura bilməyəcəkdik. Çünki rəqibimiz həm müdafiədə, həm də digər xətlərdə çox diqqətli oynayaraq, layiqli qələbə qazandı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Topaz Premyer Liqasının final mərhələsində startında “Simurq”la səfər matçında aldıqları 0:1 hesablı məğlubiyyət haqda danışıb.
Qurbanov uzun müddətdir davam etdirdikləri məğlubiyyətsiz oyunlar seriyasını qırılacağını gözləyirmiş: “10 oyundur uduzmurduq və nə vaxtda dayanmalı idi. Bu, indi baş verdi. Ancaq bu, final mərhələsinin ilk turudur və qarşıda hələ 9 oyun var. Bu məğlubiyyəti təhlil edib, nəticə çıxardacağıq, səhvlərimiz üzərində işləyəcəyik. Bu oyundan sonra bir sıra futbolçularımız milliyə yollanır. Onların yığmadan qayıtdqıdan sonra vəziyyətinə baxacağıq. Zədəli futbolçularımız da var və onları fasilədə sağaltmağa çalışacağıq. Sonrakı oyunlarda qələbə qazanaraq, yolumuza davam edəcəyik”.

0
0