Kazbek Tuayev: Bəyəm Rusiya çempionatı güclüdür?
13.03.2013 - 14:03
Azərbaycan yığmasının sabiq baş məşqçisi Kazbek Tuayevin apasport.az saytına müsahibəsi
- Martın 15-də keçirilməsi planlaşdırılan AFFA-nın növbəti hesabat Konfransından nə gözləyirsiniz?
- Əsas müzakirələr büdcələrlə bağlı olacaq. Gündəlikdə təşkilati məsələlər yoxdur. Bu, adi hesabat Konfransıdır və daha çox maddi məsələlərə baxılacaq.
- AFFA prezidenti Rövnəq Abdullayev çempionatla bağlı dəyişiklik etmək fikrində olmadıqları bildirib. Yəni, hər klubun 21 yaşadək ən azı 1 futbolçu oynatmağa məcbur edilməyi yaxşı effekt verib...
- FİFA və UEFA-nın bütün milli assosiasiyalara sistem təqdim edir ki, bu da meydanda 6 legioner, 5 yerli futbolçunun olmağıdır. Klublarımız böyük gücə malikdir və onlara bir qayda olaraq futbolçu yetişdirmək sərfəli deyil. Onlar üçün sərfəli hazır futbolçunu götürüb oynatmaqdır.
- Siz legioner limitində hansı variantı optimal sayırsınız?
- Fikrim belədir ki, FİFA və UEFA-nın təqdim etdiyi struktur yaxşıdır və buna can atmaq lazımdır. Biz də bunu edəcəyik. AFFA-nın baş katibi Elxan Məmmədovun 21 yaşlı futbolçularla bağlı təklifi artıq irəliləyişdir, yaxşı işdir.
- Çempionatın gedişi sizi nə dərəcədə qane edir?
- Oyunlar normal keçir. Həmişə izləyirəm, ayrı-ayrı matçlarda oluram. Artıq bizdə hər şey yaxşılığa doğru gedir.
- Onu da nəzərə alaq ki, çempionatda ən sərrast oyunçuların əksəriyyəti legionerlərdir...
- Bax, bu məsələ heç xoşuma gəlmir. Əlbəttə, bombardirlərin legioner olmağı pisdir və mən bunu bəyənmirəm. Ən sərrast oyunçuların bizimkilər olmağına can atmaq lazımdır. Buna görə də daha çox hücuma diqqət yetirməliyik və bu mövqeyə yerli futbolçuların cəlb edilməyi vacibdir. Klublar qarşısına vəzifə qoymaq lazımdır ki, mütləq 21 yaşlı hücumçuları olsun.
- Yerli hücumçuların məhsuldarlıq göstərməməyi millimizin qarşıdakı rəsmi oyunlar öncəsi narahatlıq yaradırmı?
- Messi neçə oyundur fərqlənmirdi, onu “sulayırdılar”, dünən “Milan”la matçda 2 qol vuraraq, cütün taleyini həll etdi. Belə də ola bilər. Başa düşürsünüz, hücumçuya həmişə çətindir. Çünki onlar asılı oyunçulardır, yarımmüdafiəçilərdən ötürmə gözləyirlər. Axı hücumçu tək özü qol yaratmır, sonluğu qoyur. Ümid edirəm ki, millimiz yaxşı oynayacaq. Lüksemburqa mütləq qalib gəlməliyik. Nə komandadır ki, xal itirməkdən qorxaq?
- Bəs Portuqaliya ilə Bakıda oyunda nəyə ümid etmək olar?
- Sözsüz ki, bu rəqiblə çətindir. Hərçənd biz səfərdə Portuqaliyaya qarşı çox layiqli oynamışıq. Düzdür, 0:3 hesabı ilə yenildik, ancaq sonluğu uduzduq. Prinsipcə, Portuqaliya yığması güclü rəqibdir, onlarla bacarmaq çətindir. İstənilən halda, ümid həmişə, hər bir oyunda var.
- Sizin Rusiya ilə yaxşı əlaqələriniz var. Maraqlıdır, millimizin müdafiəçisi Ruslan Abışovun “Rubin”ə keçidi zamanı sizinlə əlaqə yaradıb, bir şey soruşdularmı? Ümumiyyətlə, bu futbolçumuzun Kazan klubunda perspektivini necə görürsünüz?
- Mənə Ruslanla bağlı heç kim zəng etməyib. Hesab edirəm ki, istənilən futbolçumuzun xaricə kluba keçidi irəliləyişdir. Ruslan pula baxmadı. Elə futbolçular var ki, öncə pulu, sonra keçib-keçməməyi fikirləşirlər. Ruslan pulda itirdi, ancaq əvəzində qarşısına məqsəd qoyub ki, yaxşı futbol oynasın. Bax, bu, mənim üçün xoşdur.
- Ancaq “Rubin”də əsas heyətdə möhkəmlənmək heç də asan olmayacaq...
- Düşünürəm ki, Ruslan etimadı doğruldacaq. Bu komandada yaşlı futbolçular çoxdur. Niyə bizim futbolçu oynaya bilməz ki? Abışov gəncdir, artırır. 25 yaşı var ki, bu da futbolçunun əsl çiçəklənən dövrüdür. Bəyəm Rusiya çempionatı güclüdür? Adi çempionatdır da...
Mehman SÜLEYMANOV

0
0