Beraya, Pamuk və Fomenko
13.03.2013 - 15:50
Beraya, Pamuk və Fomenko
“İnter”in ukraynalı legioneri Yuri Fomenko yeni klubunda qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu bununla, cari mövsüm 2-ci komandanın heyətində fərqlənib. Topaz Premyer Liqasının XXIII turunun “Qəbələ” ilə səfər matçında fərqlənən ukraynalı “İnter”dən əvvəl “Kəpəz”də də qol sevinci yaşamışdı.

Yuri cari mövsüm 2 klub üçün qol vuran 3-cü futbolçu oldu. Ona qədər İrakli Beraya “Kəpəz” və “Turan”ın, Uğur Pamuk isə “Sumqayıt” və “Xəzər Lənkəran”ın formasında qol vurmuşdu.

Lakin ukraynalı 2 klubda vurduğu ümumi qol sayında (3-ü “Kəpəz”, 1-i “İnter”) digər 2 futbolçunu qabaqlayır. Pamuk və Beraya hər klubunda 1 dəfə qol sevinci yaşayıb.