“İnter” tarixində ilk dəfə
13.03.2013 - 16:07
“İnter” tarixində ilk dəfə
“İnter” tarixində ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXIII turunun “Qəbələ” ilə səfər matçının ilk hissəsində 2 qol vuran “bankirlər” indiyədək tarixi ərzində bacarmadıqlarını gerçəkləşdiriblər.

Belə ki, Azərbaycan kubokundakı matçı da saysaq, 10 dəfə “Qəbələ”nin qonağı olan paytaxt təmsilçisi heç vaxt bu rəqibin meydanında 1-dən artıq qol vurmamışdı. 6 dəfə səfər matçında 1 qolla kifayətlənən “İnter” 4 qarşılaşmanı qolsuz tərk etmişdi.