Millimiz Rusiyada 9-cu oldu
13.03.2013 - 16:19
Millimiz Rusiyada 9-cu oldu
Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandası Soçidə keçirilən “Kuban baharı” turnirini 9-cu yerdə başa vurub. Apasport.az saytının məlumatına görə, yığmamız yarışda keçirdiyi son oyunda az öncə Rusiya millisinə 1:0 hesabı ilə qalib gəlib.

Belə ki, qızlarımız bunadək Estoniya ilə matçda da bu hesablı qələbəyə sevinmişdi. Hazırda 6 xalı olan yığmamız qrupunda liderdir. Komandamız ən yaxın izləyicilərinin hər ikisinə qalib gəldiyindən, autsayder Moldova ilə axırıncı oyunun nəticəsindən asılı olmayaraq, 9-12-ci yerlər uğrunda mübarizədə qalib olub.