Elxan Məmmədov yeni yaranan çempionatdan danışdı
13.03.2013 - 17:05
“Artıq bir neçə ildir AFFA-nın təşkilatçılığı ilə 17, 16, 15, 14, 13 və 11 yaşadək uşaqlardan təşkil olunmuş komandalar arasında mütəmadi qaydada liqa oyunları keçirilir. Sevindirici haldır ki, artıq bu sıraya 19 yaşadək futbolçulardan ibarət komandaların mübarizə apardığı liqa da əlavə olundu”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Bu gün AFFA-nın təşkil etdiyi U-19 Liqasına start verilib. İlk dəfə keçirilən yarışın ilk oyun günündə 2 qarşılaşma baş tutub. Məmmədov uzun zamandır təşkil olunması müzakirə mövzusu olan U-19 Liqasının başlaması ilə bağlı fikirlərini açıqlayıb: “Bu gün AFFA-nın U-19 Liqasına start verildi. Bu yaş qrupunda liqanın təşkil olunması ilə bağlı bir müddət öncə AFFA və PFL rəhbərliyinin assosiasiyanın inzibati binasında Topaz Premyer Liqasında çıxış edən klubların nümayəndələri ilə keçirilmiş görüşündə də müzakirə aparılmışdı. Əksər klublar məsələyə müsbət münasibət bildirmişdilər. Qərara alınmışdı ki, ilk mövsümdə bu liqada klublar könüllülük prinsipi əsasında çıxış etsinlər”.
Baş katib turnirin vacibliyini qeyd edib: “Bu gün ilk oyunları keçirilən U-19 Liqasında Topaz Premyer Liqasının 7 klubunun müvafiq yaş qrupundan ibarət komandası çıxış edir. Ümid edirik ki, liqanın oyunları yüksək səviyyədə keçiriləcək və komandaların ifasında baxımlı qarşılaşmaların şahidi olacağıq. Liqanın yekunlarına əsasən AFFA tərəfindən təhlillər aparılacaq və U-19 Liqasının növbəti mövsümlərdə hansı qaydada təşkil olunmasının detalları müəyyənləşəcək. Bu yaş qrupunda mütəmadi turnirin olması çox vacibdir. Çünki U-17 Liqasında çıxışını başa vurmuş oyunçuların futboldan kənarda qalmamasına bu yarış müsbət mənada öz təsirini göstərəcək. U-19 Liqasında çıxış edən bütün komandalara uğurlar arzulayıram".
Qeyd edək ki, U-19 Liqasında “Neftçi”, AZAL, “Bakı”, “Sumqayıt”, “Qəbələ”, “Qarabağ” və “Rəvan” klubları çıxış edir.

0
0