Qurbanov məğlubiyyətin səbəbini açıqladı
13.03.2013 - 17:26
Qurbanov məğlubiyyətin səbəbini açıqladı
“Futbolçularımız ötən turun “Simurq”la oyununda olduğu kimi inamlı təsir bağışlamadılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

Gənc çalışdırıcı Topaz Premyer Liqasının XXIII turunun AZAL-la oyunu haqda fikirlərini açıqlayıb. Qurbanov komandasının 1:3 hesablı məğlubiyyətinin səbəbini izah edib: “Çox səhvlər buraxdıq. Xüsusilə də müdafiədə yetərincə xətalarımız oldu. Məğlubiyyətin səbəbi də məhz müdafiədə diqqətli oynamamaq oldu”.”