Vaqif Sadıqov “Kəpəz”i güclü rəqib saydı
13.03.2013 - 17:29
“Bizim üçün nəticə çox vacib idi. Futbolçularımla da çox ciddi söhbət etmişdim. Onlara demişdim ki, ikinci “altılıq”da oynasaq da hamıya düzgün yolda olduğumuzu, düz xətt üzrə hərəkət etdiyimizi göstərməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXIII turunun “Kəpəz”lə oyunu haqda fikirlərini açıqlayıb. Sadıqov komandasının 3:1 hesabı ilə qalib gəldiyi oyundan razı qalıb: “Kəpəz” ikinci “altılıq”da sonuncu pillədə qərarlaşsa da, əvvəlki oyunlarla müqayisədə xeyli güclənib. Onlar bizə ciddi müqavimət göstərdilər. Futbolçularıma gəlincə, onlar ilk yarıda yaxşı oyun göstərdilər. Fasilədən sonra isə arxayınlıq yarandı. Bunun da nəticəsində qapımızda 1 qol gördük”.

0
0