Kaxaber Sxadadze: “İnter” yüksək yerlər uğrunda mübarizə apara bilər
13.03.2013 - 17:32
“Altılıq”da hər bir oyun vacibdir. Qəbələdəki matç bunlardan birincisi idi və startda yaxşı oyunla qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasında bu gün “Qəbələ”yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Gürcü çalışdırıcı bildirib ki, rəqibdən daha üstün oynadıqlarından, layiqli qələbə qazanıblar: “Qəbələ”yə qapımız qarşısına yaxınlaşmağa demək olar imkan vermədik. Vurduğumuz qollar kombinasiyalı oyunun nəticəsi idi. Baçana Sxadadze, Yuri Fomenko hələ ilk hissədə əllərinə düşən imkanlardan maksimum yararlansaydı, fasiləyə daha böyük hesabla yollana bilərdik. Rəqib ikinci hissədə uzun ötürmələr hesabına cərimə meydanımızda gərginlik yaratmağa çalışırdı. Təbii ki, bu zaman mübarizə olurdu. Ancaq müdafiədə yaxşı oynayaraq, üstünlüyümüzü sona kimi qoruya bildik”.
Sxadadze meydanda əks-hücumlar üçün yaranan boşluqlardan istifadə edə bilmədiklərindən gileylənib: “Ancaq hər halda, komandamın oyunundan və nəticədən razı qaldım. Bu gün çox vacib qələbə əldə etdik. Bununla “İnter” bir daha göstərdi ki, yüksək yerlər uğrunda mübarizə apara bilər. Artıq lider “Neftçi” ilə xal fərqimizi minimuma endirmişik”.

0
0