Ramiz Məmmədov: Mövsümün sonunda bəzi futbolçuları göndərəcəyik
13.03.2013 - 17:43
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının final mərhələsində start verdikləri “İnter”lə bugünkü matçda məğlubiyyətin səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Məmmədov 1:2 hesabı ilə uduzduqları oyunda qol şanslarının reallaşdırmaqlarından və bəzi futbolçuların oyunundan narazı qalıb.
Onun sözlərinə görə, bu, məğlubiyyətin əsas səbəblərindədir və mövsüm bitəndən sonra heyətlə bağlı islahatlar etməli olacaqlar: “Çempionatın sonunda bəzi futbolçuları göndərəcəyik. Narazı qaldığımız futbolçularla yollarımızı ayıracağıq. Hər oyunda 5-6 qol epizodu yaratsaq da, bundan istifadə edə bilmərik. O üzdən istədiyimiz nəticə əldə edə bilmərik. “Altılıq” indi başlayıb və qarşıda 9 oyunumuz var. Fikrimcə, avrokuboklara çıxmaq şansımız bitməyib”.
Qeyd edək ki, ölkə kubokundan kənarda qalan “Qəbələ” çempionatda 32 xalla 5-ci yerdə gedir.

0
0