“Portu”da olmuş futbolçu yığmadan çıxarıldı
13.03.2013 - 19:16
Finlandiya və Estoniya yığmaları ilə yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət yığmanın (U-19) heyətində növbəti dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, zədə səbəbindən Orxan Əliyev (Sumqayıt) yığmanın heyətindən çıxarılıb. Onun əvəzinə “Neftçi”dən Fəhmin Muradbəyli toplanışa dəvət olunub.
Qeyd edək ki, U-19 martın 16-dan 19-dək Finlandiyada, martın 19-dan 25-dək isə Estoniyada təlim-məşq toplanışında olacaq. Arif Əsədovun yetirmələri martın 18-də Finlandiyanın U-18, martın 22-də və 24-də isə Estoniyanın U-19 və U-18 komandaları ilə yoldaşlıq oyunları keçirəcək.

0
0