“Rəvan”ın daha bir futbolçusu milli komandasına çağırıldı
13.03.2013 - 21:05
Mindauqas Kalonasın Litva yığmasına çağırılmasından sonra “Rəvan”ın daha bir üzvü çıxış etdiyi millidən dəvət alıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “uçan aslanlar”ın “18” nömrəsi Samuel Barlay Syerra-Leone yığma komandasında oynayacaq.
2010-cu ildən Azərbaycanda legioner həyatı yaşayan 26 yaşlı yarımmüdafiəçi isveçli baş məşqçi Lars-Olof Mattssonun daim diqqət mərkəzində saxladığı futbolçulardandır. Bu səbəbdən onun növbəti dəfə millisinə dəvət almasında təəccüblü heç nə yoxdur.
Qeyd edək ki, Syerra-Leone milli komandası martın 23-də 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə turniri çərçivəsində səfərdə Tunis yığması ilə qarşılaşacaq. Məhz bu 2 komandanın B qrupunda DÇ-2014-ün final mərhələsinə vəsiqə verən 1-ci yer uğrunda vuruşduqlarını da bildirək. Hələ ki 2 turdan sonra Tunisin hesabında 6, Syerra-Leonenin aktivində isə 4 xal var.

0
0