“Sakit qalmağı seçim edirəm”
13.03.2013 - 21:45
“Sakit qalmağı seçim edirəm”
Mövsümün sonunda Joze Mourinyonun “Real”la yollarının ayrılacağı və yenidən sabiq komandası “Çelsi”yə keçəcəyi iddia olunur. Apasport.az saytının məlumatına görə, Madriddə xoşbəxt olmadığı xəbərləri gəzən portuqaliyalı çalışdırıcı bunlara münasibət bildirib.

O, “Kral klubu”nda yalnız uğur əldə etməsi haqda düşündüyünü vurğulayıb: “Mənim qərarlarım burada uğur qazanıb və ya qazanmamağımda deyil. Nəhəng bir klubda işləyirəm və tək düşündüyüm isə komandamın daha da uğur əldə etməsidir”.

“Portu” və “İnter”lə Çempionlar Liqasına sahib olan Mourinyo bu zəfərə yenidən nail ola biləcəyi ilə bağlı fikirlərini də ifadə edib: “Bilirəm bu, böyük bir müvəffəqiyyətdir. Lakin Çempionlar Liqası turniri yaxşı kollektivlərdən ibarət bir səhnədir. Növbəti mərhələdə məğlub olub-olmayacağımıza indidən zəmanət verə bilmərəm. Buna görə sakit qalmağı seçim edirəm”.