Xavi yenidən zədələndi
13.03.2013 - 22:36
“Baselona”nın təcrübəli yarımmüdafiəçisi Xavi Hernandes komandasını yenidən bir müddət yalnız buraxmaq məcburiyyətində qalacaq. Apasport.az saytının məlumatına görə, buna 33 yaşlı futbolçunun zədəsi səbəb olub.
Çempionlar Liqasının 1/8 finalında “Milan”ı 4:0 hesabı ilə məğlub edib adını növbəti mərhələyə yazdıran Kataloniya klubunun oyunçusu qarşılaşmada 90 dəqiqə forma geymişdi. Lakin klubdan verilən açıqlamada Xavinin yenidən zədələndiyi bildirilir. Onun bazar günü “Rayo Valyekano”ya qarşı oyunda meydana çıxmayacağı müəyyənləşib.
Qeyd edək ki, Xavi İspaniya milli komandasının DÇ-2014-ün seçmə mərhələsində martın 22-də Finlandiya və 26-da isə Fransa qarşı oyunda forma geyməsi gözlənilir.

0
0