”Rusiyadan getməyi planlaşdırmıram”
14.03.2013 - 00:06
”Rusiyadan getməyi planlaşdırmıram”
DÇ-2014-ün qrup mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello onun komandadan ayrılması ilə bağlı gündəmə gələn xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis bunları təkzib edib.

O, hazırkı işindən razı qaldığını vurğulayıb: “Mən Rusiya Futbol İttifaqından razıyam. Onlardan nə xahiş etdim, mənə verdilər. Mən burada heç bir problemlə üzləşmədim və Rusiyadan da getməyi planlaşdırmıram. Futbolçulardan, məşqçi heyətindən də razıyam. Burada hər şey tamamilə normaldır”.

Qeyd edək ki, Rusiya yığması martın 25-də Braziliya millisi ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Qarşılaşma İngiltərənin London şəhərində baş tutacaq.