Messi: “Barselona” çox gözəl oyun keçirdi
14.03.2013 - 00:37
Messi: “Barselona” çox gözəl oyun keçirdi
“Barselona” hücumçusu Lionel Messi ötən gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Milan” üzərində qazanılan böyük hesablı qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, Argentina milli komandasının üzvü İtaliya klubunu darmadağın edib, növbəti mərhələyə keçmələrini sosial şəbəkələrinin birində azarkeşləri ilə paylaşıb.

Messi komandasının bunu bacaracağına inandıqlarını ifadə edib: “Mən xoşbəxtəm! Biz bilirdik ki, bunu bacaracağıq. Belə matç bizə lazımlı idi. “Barselona” çox gözəl oyun keçirdi”.

Qeyd edək ki, “Nou Kamp”da reallaşan matçda Lionel Messi “Barselona”nın heyətində dubl edib.