Azərbaycan – Portuqaliya matçının hakimləri müəyyənləşdi
14.03.2013 - 01:29
Azərbaycan – Portuqaliya matçının hakimləri müəyyənləşdi
Azərbaycan – Portuqaliya qarşılaşmasının hakimləri bəlli olub. Apasport.az-ın Portuqaliya Futbol Federasiyasının saytına istinadən məlumatına görə, DÇ-2014-ün qrup mərhələsində, martın 26-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu ingiltərəli hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi 42 yaşlı Andre Marrinerdir. Onun köməkçiləri isə Simon Petr Bennet , Stüart Bert və Antoni Teylordur.