Teves hakim qarşısına çıxacaq
14.03.2013 - 02:50
Teves hakim qarşısına çıxacaq
Yanvar ayında polis tərəfindən Mançester yaxınlığında avtomobili ilə saxlanılan Argentina milli komandasının futbolçusu Karlos Tevesin sürücülük vəsiqəsi əlindən alınıb. Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin hücumçusu ötən həftə sürücülük vəsiqəsi olmadan yenidən sükan arxasına keçib və polis tərəfindən saxlanılıb.

Lakin cəriməsini ödədikdən sonra Teves azad edilib. Buna baxmayaraq Karlos aprelin 3-də hakim qarşısına çıxacaq.

Qeyd edək ki, 29 yaşlı oyunçunun günahı təsdiq edilərsə, o, 6 ay azadlıqdan məhrum edilə bilər. Həmçinin məhkəmə ictimai işlərlə əlaqədar olaraq Tevesi 5 min avro məbləğində cərimələyəcək.