Venger komandasının qələbə ruhundan danışdı
14.03.2013 - 03:37
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Bavariya”ya (0:2) qalib gəlib, lakin turnirlə vidalaşan “Arsenal”ın baş məşqçisi Arsen Venger matçla bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, fransalı çalışdırıcı komandasının qələbə ruhlu olduğunu ifadə edib.
O, növbəti mərhələyə keçmək üçün yaxın olduqlarını vurğulayıb: “1/4 finala çox yaxınlaşmışdıq. Bəlkə şanslı olduğumuz dəqiqələr də var idi. Cervinyo ilə önəmli bir şans əldə etdik. Bundan başqa 1 və ya 2 standart vəziyyətdən fərqlənə də bilərdik. Meydanda apardığımız mübarizə komandanın qələbə ruhlu olduğunu göstərdi. Ümumi olaraq buna baxdıqda, bizim üçün möcüzə idi. Bu gecəki yeganə səhvimiz isə ilk matçda qeydə alınan hesabdır”.
Qeyd edək ki, Londonda keçirilən ilk matçda “Bavariya” “Arsenal”ı 3:1 hesabı ilə məğlub etmişdi.

0
0