“Hər birimizin xəyalı həyata keçdi”
14.03.2013 - 05:14
“Bir müddət əvvəl bu, inanılmaz görünürdü. Bizim hər birimizin xəyalı həyata keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Malaqa”nın futbolçusu İsko deyib. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matç günündə evində “Porto”nu 2:0 hesabı ilə məğlub edib növbəti mərhələyə keçdikdən sonra fikirlərini bildirib.
20 yaşlı yarımmüdafiəçi layiqli qələbə qazandıqlarını ifadə edib: “Biz əla mübarizə apardıq və öz meydanımızda oyunu xeyrimizə tamamlamağı bacardıq. Çünki məhz bu, “Porto” ilə qarşılaşmada bizdən tələb olunurdu. Tədricən öz oyunumuzu tapdıq və göstərdik ki, bacarıqlıyıq. Mənim fikrimcə, biz layiqli qələbə qazandıq və azarkeşlərimizi sevindirirdik”.
Qeyd edək ki, İsko qarşılaşmada “Malaqa”nın ilk qoluna imza atıb.

0
0