Xoakin “Qalatasaray”ı arzulayır
14.03.2013 - 06:17
Xoakin “Qalatasaray”ı arzulayır
Çempionlar Liqasının 1/8 final mərhələsində “Porto”nu (2:0) məğlub edib növbəti mərhələyə keçən “Malaqa”nın ulduz futbolçusu Xoakin Sançes 1/4 finalda hansı komanda ilə qarşılaşmaq istədiklərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Pireney derbisindən üzü ağ çıxan İspaniya təmsilçisinin 31 yaşlı oyunçusu 1/4 finalda “Qalatasaray”la mübarizə aparmaq istədiklərini bildirib.

O, Portuqaliya klubunun çətin rəqib olduğunu vurğulayıb: “Avropa arenasında çıxıb sakit oynamağınız asan deyil. Qazanmaq niyyəti ilə meydana çıxmışdıq. Onlar da çox yaxşı bir komandadır. “Porto”ya qarşı oynamağımız çətin oldu. İskonun qolu oyunun axarını dəyişdirdi. “Malaqa” tarixində ilk dəfə Çempionlar Liqasında belə uğur qazanır və hər kəs bu uğurun nə qədər önəmli olduğunun fərqindədirlər. Xoşbəxt və həyəcanlıyıq. 1/4 finalda kiminlə qarşılaşmağımız o qədər də əhəmiyyətli deyil. Lakin “Qalatasaray” kimi asan bir rəqib seçməyə çalışacağıq. Amma burada qarşımıza hansı komanda çıxarsa-çıxsın çətin olacaq”.