Pelleqrini: Bir qədər matça əsəbi halda başladıq
14.03.2013 - 07:45
Çempionlar Liqasının 1/8 final mərhələsində “Porto”nu 2:0 hesabı ilə məğlub edib növbəti mərhələyə keçən “Malaqa”nın baş məşqçisi Manuel Pelleqrini komandasının şanslarını yüksək qiymətləndirib. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra fikirlərini bildirən təcrübəli çalışdırıcı bir qədər matça əsəbi halda başladıqlarını ifadə edib.
O, yarımfinala keçmək üçün mübarizə aparacaqlarını vurğulayıb: “Matçda atmosfer inanılmaz idi və bizim azarkeşlərimiz bu qələbəyə layiq idilər. Çox yaxşı komandaya qarşı mübarizə apardığımız üçün oyunu çox ağıllı oynamaq tələb olunurdu və biz də bunu bacardıq. Bir qədər matça əsəbi halda başladıq. 25 dəqiqəni belə keçirdik. Amma bu zaman “Porto” açıq şanslara malik deyildi. Nəhayət İsko hesabı açdı və bir qədər özümüzə gəldik. İndi biz Avropanın səkkiz ən yaxşı komandalarının sırasındayıq. Yarımfinala keçmək üçün mübarizə aparacağıq”.

0
0