Ölkə kubokunun qalibi 0:43 hesabı ilə uduzdu
14.03.2013 - 09:17
Dünya futbolunda görünməmiş nəticə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Uelsin qadınlardan ibarət “Kayrfilli-kasl” klubu Kardiff universitetinin komandasına 0:43 hesabı ilə uduzub. Bu, cari mövsümdə ən böyük darmadağın olub. Komanda keçirdiyi 10 oyunda 219 top buraxaraq, cəmi 1 qol vurub.
“Kayrfilli-kasl”ın rəhbərliyi bu məğlubiyyətdən sonra yüksək liqadan getdiyini bəyan edib. Onun iştirakı ilə bütün oyunların nəticələri ləğv olunub. Uels Futbol Assosiasiyasından bildiriblər ki, komanda güclülər dəstəsində çıxışını üzüntü ilə başa vurmalı olub.
Qeyd edək ki, Uels təmsilçisi ölkəsində ən böyük qadın futbol klublarından biridir. O, bundan əvvəlki 2 mövsümü turnir cədvəlinin ortalarında başa vurub, 2010-cu ildə isə ölkə kubokunu qazanıb.

0
0