Ruslar millimizi dəyərləndirdi
14.03.2013 - 09:49
Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığma komandasının Soçidə “Kuban baharı” turnirində çıxışı rusiyalıların diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqının rəsmi saytında millimizin çıxışı qiymətləndirilib.
Şimal qonşularımızın fikrincə, baş məşqçi postuna gələn ispaniyalı Patrisia Qonsalez mübariz komanda yaradıb. Onlar qızlarının Azərbaycan yığması ilə üzləşdikləri son oyunla indiki matç arasında müqayisə aparıb: “Sonuncu oyunumuz 2013-cü il Avropa çempionatının seçmə mərhələsində ötən ilin oktyabrın sonunda olmuşdu. Onda ruslar Krımskda rəqibinin bütün cəhətlərdə üstələyərək, 5:0 hesabı ilə qalib gəldi. Azərbaycan yığmasında həmin vaxtdan bu yana çox şey dəyişib. İlk növbədə yığmanı gənc ispaniyalı mütəxəssis Patrisiya Qonsales rəhbərlik edir. O, komandanı əməlli dəyişib. Növbəti seçmə mərhələni hədəfə alan çalışdırıcı Krımskda kapitan olan Sevinc Cəfərzadə istisna olmaqla 1994-cü il təvəllüdlü bütün futbolçuları kənarlaşdırdı. Azərbaycan yığması “Kuban baharı” turnirində qrupda bütün oyunlarda uduzdu. Ancaq bu, heç vaxt mübarizəsiz olmayıb. Bizimlə son oyunda isə Azərbaycanın yığmasının üstünlüyünü artırmaq imkanı olduğunu qeyd etmək lazımdır”.
Ruslar 9-12-ci yerlə uğrunda mübarizədə millimizlə bir qrupda yer alıb. Yığmamız həm ona, həm də Estoniyaya 1:0 hesabı ilə qalib gələrək, turnirdə 9-cu yeri tutmağını rəsmiləşdirib.

0
0