Terim Mourinyonu təriflədi
26.03.2013 - 07:00
Terim Mourinyonu təriflədi
“Qalatasaray”ın baş məşqçisi Fateh Terim Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Real”la oynanacaqları matçdan əvvəl Kayseridə görüşdüyü Madrid klubunun çalışdırıcısı Joze Mourinyo haqda maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, klubun televiziyasına açıqlama verən təcrübəli mütəxəssis portuqaliyalı baş məşqçi ilə olan dostluğunu və Çempionlar Liqasının (ÇL) 1/4 finalında “Real”la qarşılaşacaqları oyunu dəyərləndirib.

Terim Mourinyoya dəyər verdiyini və onu dünyanın ən yaxşı çalışdırıcılarından biri olduğunu vurğulayıb: “Mourinyo hər getdiyi komandada uğur əldə etmişdi. O, çox müvəffəqiyyətli və çox önəmli bir çalışdırıcıdır. Eyni zamanda da fərqli bir insandır. Fərqli olması bəzən gec başa düşülməsinə səbəb olur. Joze mənim çox əhəmiyyət verdiyim dostlarımdan biridir. Mourinyo dünyanın ən böyük komandalarından birinin “sükanı arxası”ndadır. Çempionluqlar qazandı. Çox əhəmiyyətli oyunçulara sahibdir. “Real”a, Jozeyə və futbolçulara hörmət edirik”.

Qeyd edək ki, “Cim-Bom” “Real”la Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk matçını aprelin 3-də Madriddə, cavab qarşılaşmasını isə aprelin 9-da İstanbulda keçirəcək.