Andrey Arşavini Azərbaycana gətirən səbəb
26.03.2013 - 10:20
Rusiya milli komandasının sabiq kapitanı Andrey Arşavin karyerasını Azərbaycanda davam etdirməyi ilə bağlı müzakirələr davam edir. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatı “Arsenal”a xeyli vaxtdır lazım olmayan 31 yaşlı hücumçunun Bakı və ya Sidneyə getmək variantları arasında qaldığını bildirir.
Həmkarlarımız belə məşhur futbolçunun ölkəmizdə çıxış etməyini gerçəkləşdirəcək səbəbi də açıqlayıb: “Azərbaycan çempionatının aparıcı klublarının rəhbərləri qarşıdakı vaxtda futbola geniş azarkeş kütləsi cəlb etmək, öz top-komandalarını isə Çempionlar Liqası və Avroliqaya çıxarmaq məqsədi qoyub. Deyilənlərə görə, rusiyalı onların öz milli çempionatlarında oynamağa gətirməyə cəhd edəcəkləri yeganə futbolçu olmayacaq”.
Qeyd edək ki, bunadək Rusiya yığmasının heyətində 2009-cu ildə Bakıya gələn Arşavin millimizlə 1:1 hesabı ilə nəticələnən rəsmi oyunda qol vurub. O, “Arsenal”da oynadığı zaman isə ailəsi ilə birgə istirahət üçün ölkəmizə gələrək, Bakıda və Qəbələdə olub.

0
0