“Azərbaycanda Arşavinin yüksək məvacibini ödəyə bilən 4 klub var”
26.03.2013 - 10:29
“Azərbaycanda Arşavinin yüksək məvacibini ödəyə bilən 4 klub var”
“Xəzər Lənkəran” klubu “Arsenal”ın futbolçusu Andrey Arşavinin karyerasını Azərbaycanda davam etdirmək variantının mümkünlüyünə münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisinin mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev Rusiya mətbuatına açıqlamasında bu səs-küylü transferi gerçəkləşdirə biləcək 4 komandanın olduğunu bildirib.

O, təmsilçisi olduğu klubu də bu sıraya aid edib: “Bugünkü gündə Azərbaycanda yalnız 4 komanda var ki, Andrey kimi oyunçuya yüksək məvacib ödəməyi imkanı olsun. Bunlara “Qəbələ”, “Neftçi”, “Bakı” və bizim komandanı aid etmək olar”.

Qeyd edək ki, Arşavin 1 ildən çoxdur London klubunda heyətdə yerini itirib.