Petrjela: Andrey Arşavin Azərbaycanda problemlə üzləşəcək
26.03.2013 - 11:52
Petrjela: Andrey Arşavin Azərbaycanda problemlə üzləşəcək
“Azərbaycan spesifik ölkədir. Andrey Arşavinin yerli reallıqlara öyrəşə biləcəyi fakt deyil”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.

2007-ci ilin sentyabrından 2008-ci ilin yanvarınadək ölkəmizdə çalışan 60 yaşlı çexiyalı mütəxəssis “Zenit”də rəhbərliyi altında oynamış rusiyalı futbolçu Andrey Arşavinin gələcək karyerası ilə bağlı düşüncələrini bölüşüb.

O, Arşavinin Azərbaycanda çətinliklə üzləşəcəyi fikrindədir. Təcrübəli çalışdırıcı “Arsenal”da ehtiyatda qalan Andreyə pul məsələlərindən asılı olmayaraq, Avropanın ən güclü çempionatlarının birində qalmağı daha yaxşı variant kimi məsləhət görür: “Ancaq o, pul sarıdan narahat olmaya bilər, qazana biləcək. Bu baxımdan Avstraliya daha cəlbedici variantdır. Orada əla hava, İngiltərədə olduğu qanunlar var və həyat sakitdir. Əgər Arşavin qazanmaq və yaxşı səviyyədə oynamaq istəyirsə, Rusiya çempionat bu baxımdan ona uyğundur. Ancaq hesab edirəm ki, futbolçunun İngiltərə, yaxud Almaniyadan təklifləri olarsa, yüksək rəqəmli qonorarlar olmasa belə, Avropada qalmağa dəyər”.