AFFA klub prezidentini ağır cəzalandırdı
26.03.2013 - 12:45
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurum üzvləri ötən həftəsonu I divizionda baş verən olaylara hüquqi qiymət verib.
Əsas müzakirə obyekti liderlər - “Qaradağ Lokbatan”la “Ağsu”nun oyununda baş verənlər olub. Belə ki, birincilərin prezidenti Tahir Mustafayev matçın 33-cü dəqiqəsində hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimələnib. O, analoji hadisəni yenidən törədəcəyi halda İntizam Komitəsi tərəfindən daha ciddi sanksiyalar məruz qalacaq.
“Qaradağ Lökbatan”ın futbolçusu Ramal Hüseynov isə həmin dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza və 200 manatlıq cərimə alıb.
“Bakılı” “Neftçala” ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığına görə 100 manat cərimələnib.
Mənbə: affa.az

0
0