“Ən yaddaqalan oyunum “Xəzər Lənkəran”la səfər matçı olub”
26.03.2013 - 15:38
“Xəzər Lənkəran”la matç “İnter”in heyətində ilk oyunum idi. Debütdən çox şey asılı idi. Şükür, həmin matç yaxşı keçdi və yavaş-yavaş oynamağa başladım”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in futbolçusu Fuad Bayramov deyib.
Qış fasiləsində sonra komandanın əsas heyətində yer alan gənc yarımmüdafiəçi “Xəzər Lənkəran”a səfərdə 3:2 hesabı ilə qalib gəldikləri oyunu fərqləndirib: “Ən yaddaqalan oyun kimi “Xəzər-Lənkəran”la səfərdə baş tutmuş oyunu qeyd edə bilərəm. Ona görə ki, çox vacib matç idi. Gözəl qollar vuruldu, çətin və maraqlı qarşılaşma oldu. Məşqlər və ən çoxda nizam-intizam sayəsində əsas heyətə cəlb olundum. Mən hesab edirəm ki, yaxşı oynamaqla yanaşı, nizam-intizama da yüksək diqqət ayırmaq lazımdır”.
21 yaşlılardan barət yığmamıza cəlb olunan Bayramov ona klubunda güvənən gürcü baş məşqçisi Kaxaber Sxadadzeni ölkəmizdə çalışan ən yaxşı mütəxəssislərdən biri hesab edir: “Mənə şans verdiyinə görə baş məşqçiyə minnətdarlığımı bildirmək istəyirəm. Göstərilən etimadı həmişə doğrultmağa çalışacağam. Təcrübəli məşqçinin rəhbərliyi altında işləmək həmişə məsuliyyət və diqqət tələb edir. Oyunlarda və məşqlərdə onun tapşırıqlarını maksimum dərəcədə yerinə yetirməyə çalışıram. Sxadadze peşəkar məşqçidir, həm də yaxşı da insandır. Mənim futbolçu kimi formalaşmağıma çox kömək edir”.
Mənbə: inter.az

0
0