Bakıda start, Lənkəranda yekun
26.03.2013 - 17:18
Bakıda start, Lənkəranda yekun
Topaz Premyer Liqasında növbəti turun oyunlarının başlanma vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 1 gündə - martın 30-da keçiriləcək XXIV tura Bakıda start verilib, Lənkəranda yekun vurulacaq.

İlk 3 oyun paytaxtda eyni vaxtda başlayacaq. Bakıda daha bir matç isə turun mərkəzi oyunu – “İnter” – “Neftçi” matçı olacaq. Əyalətdəki 2 oyun isə ən son duellərdir.

30 mart
15:00. “Sumqayıt” – “Kəpəz”
“Bayıl Arena” stadionu

15:00. “Turan” – “Rəvan”
“Dalğa Arena” stadionu

15:00. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika stadionu

17:00. “İnter” – “Neftçi”
“Şəfa” stadionu

17:00. “Simurq” – “Bakı”
Zaqatala şəhər stadionu

18:00. “Xəzər Lənkəran” – AZAL
Lənkəran şəhər mərkəzi stadionu