UEFA İbrahimoviçin cəzasını azaltdı
26.03.2013 - 21:44
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə oyununda forma geyinə biləcək. Apasport.az saytının məlumatına görə, 2 oyunluq diskvalifikasiya edilən isveçli futbolçunun cəzasını UEFA 1 matça qədər azaldıb.
Belə ki, Avropanın mötəbər klub turnirinin 1/8 finalının ilk oyun günündə “Valensiya” ilə qarşılaşmada rəqib oyunçuya qarşı etdiyi kobudluqdan sonra hakim İbrahimoviçə birbaşa qırmızı vərəqə çıxararaq meydandan qovmuşdur. Daha sonra UEFA Zlatanı 2 oyunluq cəzalandırmışdı. Paris klubunun rəhbərliyi isə bununla bağlı olaraq ali futbol qurumuna yenidən müraciət etmişdi. İbrahimoviç isə “Valensiya” ilə cavab oyun günündə cəzalı olduğu üçün meydana çıxa bilməmişdi.
Qeyd edək ki, PSJ iıə “Barselona” arasında ilk matçı aprelin 2-də Parisdə baş tutacaq.

0
0