Petr Çex yubiley matçını keçirdi
26.03.2013 - 22:25
Petr Çex yubiley matçını keçirdi
DÇ-2014-ün seçmə mərhələsində qarşılaşan Ermənistan – Çexiya qarşılaşması “Çelsi”nin qapıçısı Petr Çex üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 30 yaşlı qolkiper milli komandasının heyətində yubiley matçını keçirib.

Belə ki, Yerevanda Çexiyanın 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Çex yığmasının heyətində 100-cü oyununa çıxıb.

Qeyd edək ki, Çexiya milli komandasının heyətində ən çox forma geyinən futbolçu Karel Poborski olub. Sabiq sağ cinah yarımmüdafiəçi 118 dəfə yığmanın şərəfini qoruyub.