Bruno Alveş: Yığmanız pis oynamadı
26.03.2013 - 23:15
Portuqaliya yığmasının və “Zenit”in mərkəz müdafiəçisi Brunu Alveş millimizlə oyundan sonra yerli jurnalistlərə müsahibə verib. 31 yaşlı futbolçu apasport.az saytının suallarını da cavablayıb.
- 2:0 hesabı ilə qalib gəldiz. Oyunla bağlı düşüncələrinizi bilmək istərdik...
- Çox çətin oyun oldu. Bu oyunda qələbə qazanmalıydıq. Çünki qrupdakı vəziyyətimiz heç də yaxşı deyildi. Ancaq biz Azərbaycanla oyunda qələbə qazanmaqla şanslarımızın bitməməsinə çalışdıq. 2:0 hesabı ilə qalib gəlsək də, daha çox qol vurmaq imkanımız vardı. İstənilən halda, bizə lazım olan qələbə idi ki, onu da əldə etdik.
- Düzdür, qələbə qazandız. Ancaq ilk yarıda özünüzü yaxşı tərəfdən göstərə bilmədiz. Fasiləyə qədər yalnız bir dəfə fərqlənmək üçün real imkanınız oldu...
- Çünki ilk yarıda Azərbaycan müdafiə xəttində çox gözəl oynadı. Rəqib komanda müdafiəni çox yaxşı qurmuşdu. Futbolçularınız əks-hücumlar üzərində oynamağa çalışırdı. Ancaq ikinci hissədə biz üstünlüyümüzü daha da artırdıq. Bunun nəticəsində layiq olduğumuz qələbəni qazandıq.
- Rəqibin heyətində kimi fərqləndirərdiz?
- Komandanızın heyətində kimisə fərqləndirmək istəməzdim. Azərbaycan yığması komanda şəklində daha yaxşı çıxış etdi. Bu baxımdan kimisə fərqləndirmək düzgün olmazdı.
- İlk oyunla müqayisədə Azərbaycan yığması necə təsir bağışladı?
- Braqada keçirilmiş ilk oyunla müqayisədə bu gün Azərbaycan yığması daha yaxşı təsir bağışladı. Həmin qarşılaşmadan fərqli, bu gün topla yaxşı rəftar edirdilər.
- Yerli azarkeşlər baş hakim Andre Marrinerin idarəçiliyindən çox narazı qaldı. Siz hakimliyi necə dəyərləndirirsiz?
- Hakimliyə gəlincə, idarəçilik yaxşı vəziyyətdə idi. Hakim düzgün qərarlar verdi. Hansısa komandanın şikayətlənməyə haqqı yoxdur.

0
0