Paulu Bentu: Bəxtimiz onda gətirdi ki, rəqib 10 nəfərlə qaldı
26.03.2013 - 23:39
Portuqaliya yığmasının baş məşqçisi Paulu Bentunun 2014-cü il dünya çempionatının seçmə mərhələsində millimizlə oyundan sonra mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis sözlərinə Bakıda 2:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirməklə başlayıb.
Öncədən bildirildi ki, yerli jurnalistlərin verdiyi 2 sual tərcümə olunmayacaq və buna görə üzr istənildi. Bu hal dünən də yaşandığından, azərbaycanlı jurnalistlərin çoxu konfransı zalını tərk etdi.
Bentu baş verənlərə aydınlıq gətirməkdən imtina edərək, oyun barədə sualları cavablandıracağını dedi. O, apasport.az saytının əməkdaşının sualını cavablandıraraq, azlıqda qalan rəqib üzərində qələbə qazanmağı belə dəyərləndirdi: “Biz hər oyuna qələbə üçün çıxırıq. Bu gün belə alındı ki, rəqib 10 nəfərlə qaldı. Bununla da bəxtimiz gətirdi. Bu, hakimin qərarıdır və onu şərh etmək istəmirəm. Bizim üçün rəqibin meydanda neçə nəfərlə olmağının fərqi yoxdur”.

0
0