20 ildən sonra eyni nəticə
27.03.2013 - 03:19
20 ildən sonra eyni nəticə
DÇ-2014-ün seçmə mərhələsində evində Macarıstanla 1:1 hesablı bərabərə qalan Türkiyə milli komandası Braziliyaya getmək ümidlərini azaltdığı kimi son dövrlərin ən uğursuz performansına da imza atıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” 20 ildən sonra dünya çempionatının seçmə qrup oyunlarında ən uğursuz dövrünü yaşayır.

Belə ki, qardaş ölkənin yığma komandası hazırda 6 görüş keçirib. Bu oyunlardan 2-də qələbə qazanıb, 3-də məğlub olub. 1 qarşılaşmada isə meydanı heç-heçə ilə tərk edərək xalını 7-yə çıxarıb.

DÇ-1994-ün seçmə mərhələsində isə Türkiyə 6 matçdan yalnız 1 oyunda qələbəyə sevinib. 4 məğlubiyyət və 1 heç-heçə ilə üzləşən türklər 4 xal toplayıb.

Qeyd edək ki, həmin dövrdə baş məşqçi olan Zepp Piontekin komandası əldə etdiyi 4 xalı yalnız San-Marino üzərində qazanıb. Hollandiya, Polşa və İngiltərə qarşısında məğlub olan Türkiyə qrupu 5-ci sırada başa vurub.